2 C
Baku
Saturday, March 2, 2024

İnvestisiya şirkətinin rəhbərliyinə iki təyinat olub

“Unibank” ASC-nin investisiya şirkəti “Unicapital İ.Ş.” ASC-nin Müşahidə Şurasının üzvləri dəyişib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, Müşahidə Şurasının üzvləri Balayev Samir Həsən oğluQəribli Vaqif Mahmud oğlunun adları siyahıdan çıxarılıb. Samir Balayev “Unicapital”ın Audit Komitəsinin sədri təyin olunub.

Səhmdarların qərarı ilə Okayev İqor Anatolyeviç Rəsulzadə Emin Fərid oğlu M.Ş.-yə üzv seçiliblər. Adı çəkilən hər iki şəxs hazırda “Unicapital İ.Ş.”nin səhmdarı “Unibank”da İdarə Heyətinin üzvləridir. İ.A.Okayev İdarə Heyəti sədrinin birinci müavini, E.F.Rəsulzadə isə heyətin üzvi kimi 2 aydır seçilib.

“Unicapital” 2007-ci ildə yaradılıb və 300 000 manat nizamnamə kapitalına sahibdir. İnvestisiya Şirkəti 01.09.2021-ci il tarixinə Bakı Fond Birjasında dövriyyəsinə görə ölkənin ikinci ən böyüyüdür. Onun dövriyyəsinin həcmi 3 560 818 261 manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər