7 C
Baku
Thursday, December 12, 2024

İnvestisiya şirkətinə yaxın ₼3.45 mln. kapitallı şirkət yaradılıb – rəhbəri Mansur Məmmədovdur

“Azerbaijan Company for Poultry Development” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib və onun rəhbəri investisiya şirkətinin direktorudur.

Banker.az xəbər verir ki, şirkət 2 noyabr 2022-ci ildə (VÖEN: 1406211201) Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.

Şirkət Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev.6 ünvanında 3 450 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Qanuni təmsilçisi Məmmədov Mansur Kamaləddin oğludur.

O, “Moonvake Investment” MMC-nin (Moonwake Investmen) baş investisiya inzibatçısıdır, hansı ki, bu şirkət yeni yaradılan “Azerbaijan Company for Poultry Development” MMC ilə eyni ünvanda qeydiyyatdadır.

“Moonwake Investment” həm Azərbaycanda, həm də dünyada özəl və vençur kapitalı layihələrinə, eləcə də qlobal qiymətli kağızlar bazarına investisiya yatıran özəl şirkətdir.

Şirkət Azərbaycanda müxtəlif sektorları əhatə edən 20-dən çox layihəyə investisiya yatırmış, bunlardan kənd təsərrüfatı, IT, təhsil, logistika, daşınmaz əmlak və əyləncə kimi sahələrdə təcrübəsi var.

Bunu da xatırladaq ki, Mansur Məmmədov “PAŞA Bank” ASC-nin baş risk inzibatısı,  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri və “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC rəhbəri kimi də işləyib.

Son xəbərlər
Digər xəbərlər