22 C
Baku
Saturday, June 7, 2025

İnvestisiya şirkətinə yeni direktor təyin edildi

“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-yə yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Fəxri Səttərov Rasim oğlu şirkətin direktoru təyin edilib.

O, bu vəzifədə Fərid Məmmədov Ruslan oğlunu əvəz edib. F.Məmmədov 2023-cü ilin iyunundan müvafiq vəzifədə çalışmışdı.

Fəxri Səttərov isə 2019-cu ildən şirkətin direktor müavini idi. Bundan öncə “Gilan Holding” MMC-də (hazırda hüquqi adla belə şirkət mövcud deyil) çalışıb.

Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “Monetri BOKT” MMC-nin (əvvəl: “PSG Finans BOKT”) 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər