2 iyul 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance” İnvestisiya Şirkəti QSC-nin tədavül müddəti beş təqvim ili olan AZ2001019713 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 manat həcmində, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 1 investor tərəfindən qiyməti 719 6939 manat olan 1 sifariş təqdim edilmişdir. Yerləşdirilmiş sifariş üzrə gəlirlilik 7.79% təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1 000 000 manat təşkil etmişdir.