6 C
Baku
Wednesday, January 15, 2025

İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb

“Azər Türk Bank” ASC-nin İnvestisiya Mərkəzinə direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Eldar Abdullayev təyin edilib.

Bakı Fond Birjasının sabiq sədri Eldar Abdullayev 2024-cü ilin fevralından indiyə kimi “CPM-Invest Investisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri olub.

E.Abdullayev 2023-cü ilin dekabrına qədər Bakı Fond Birjasının İdarə Heyətinin müvəqqəti sədri vəzifəsində çalışıb. BFB-yə qədər “Yapı Kredi Bank Azərbaycan” QSC, “Bank of Azerbaijan” ASC, “AFB Bank” ASC, “Caspian Development Bank” ASC və “Günay Bank” ASC-də çalışıb.

 

 

Son xəbərlər
Digər xəbərlər