Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavininə yeni müşavir təyin edilib.
Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.
Belə ki, Nadir Babazadə dövlət bankının İdarə Heyəti sədr müavininə müşavir təyin edilməklə vəzifəsinin icrasına bu aydan artıq start verib.
N.Babazadə buna qədər “Unikapital” İnvestisiya Şirkətinin Baş direktoru vəzifəsini icra edirdi.
Həmçinin 2013-cu ülin martından cari ilin aprelinə qədər “Unibank”da Forex şöbəsinin müdri kimi çalışırdı.