İnvestisiya Şirkətinin rəhbərlərindən biri BFB-yə transfer olub

“Troni İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının üzvü Fərid Məmmədov Bakı Fond Birjasına (BFB) transfer olub.

Banker.az xəbər verir ki, Fərid Ruslan oğlu Məmmədov 2026-cı ilin iyulundan etibarən isə Bakı Fond Birjasında kommersiya direktoru vəzifəsində fəaliyyət gösətir. O, 2025-ci ilin aprelindən 2026-cı ilin iyununa qədər “Troni”nin Müşahidə Şurasının üzv olub.

Məmmədov bundan əvvəl “PSG Kapital İnvestisiya Şirkəti”nin baş direktoru, “PASHA Kapital” İnvestisiya Şirkətində Əməliyyatlar şöbəsinin rəhbəri, “AzFinance İnvestisiya Şirkəti”ndə (indiki CFI) isə baş direktorun müavini və müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Bununla da “Troni İnvestisiya Şirkəti”nin Müşahidə Şurası üzvlərinin sayı sədrlə birlikdə ikiyə düşüb.

“Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ilin oktyabr ayında təsis edilib və investisiya xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı Səfiyev Səyavuş Kavi oğludur və onun nizamnamə kapitalında payı 100%-dir. 2025-ci ildə şirkətin nizamnamə kapitalı əlavə vəsait qoyuluşu hesabına 936.4 min manat və ya 64% artırılaraq 1.46 mln. manatdan 2.4 mln. manata çatdırılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər