“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.
Banker.az xəbər verir ki, bu barədə səhmdarların ümumi yığıncağı qərar verib.
Belə ki, Vüsal Əkbərov Firidun oğlu şirkətin Müşahidə Şurasının (M.Ş.) üzvü seçilib. V.Əkbərov uzun illərdir maliyyə sektorunda təcrübəyə malikdir. O indiyə qədər “Expressbank” ASC, “PAŞA Bank” ASC və ABB-də çalışıb.
Fevralda isə M.Ş. üzvü olan Əhməd Məmmədov Kavı oğlu vəzifəsindən ayrılmışdı. 2025-ci ilin dekabrında isə Tural Bayramov Müşahidə Şurasından ayrılmaqla direktor vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin 1.11 milyon manat nizamnamə kapitalında yeganə səhmdar Samir Xəlilov Əlövsət oğludur. O, 2024-cü ildən etibarən şirkətin əsas və yeganə səhmdarı olub.







