28 C
Baku
Wednesday, June 25, 2025

İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir

“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasında dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, yeganə səhmdar Ruslan Cəfərov Nazim oğlu Müşahidə Şurasının sədliyindən üzvlüyə keçib.

Onu bu vəzifədə Elşad İbrahimov Moğbil oğlu əvəzləyib. E.İbrahimov 1 bir ay bundan öncə Müşahidə Şurasının üzvü seçilmişdi. O, 2024–2025-ci illərdə “InvestAZ Yatırım şirkətində” Baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bundan əvvəl “AFB Bank”da və “DəmirBank”da Xəzinədarlıq departamentinə rəhbərlik etmiş, həmçinin müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

Şirkətdən Banker.az-a bildirilib ki, bu dəyişiklik səhmdarların sturukturundakı hər hansısa dəyişikliyə səbəb olmayıb.

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2024-cü ili 700 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 657 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti illik müqayisədə 6.5% artıb.

Xatırladaq ki,  “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixind Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir.

Son xəbərlər
Digər xəbərlər