Bakı Fond Birjasında 2023-cü ilin yanvar-may ayları ərzində birja üzlərinin dövriyyəsinə görə renkinqi açıqlanıb.
Banker.az BFB-yə istinadla xəbər verir ki, renkinqə 5.03mlrd.manatla “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC liderlik edir.
İkinci sırada “ABB-İnvest İnvestisiya Şirkəti” QSC 1.64 mln. manatla dayanıb.
“Troni İnvestisiya Şirkəti” QSC isə indiyə qədər hər hansısa əməliyyat apara bilməyib.