Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Birjadan Banker.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 40 milyard 988 milyon manat dövriyyə ilə 1-ci, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 34 milyard 906 milyon manat dövriyyə ilə 2-ci, “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 5 milyard 834 milyon manat dövriyyə ilə 3-cü olub.








