2025-ci ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan maliyyə alətləri üzrə birja üzvlərinin ümumi əməliyyat həcmi 22.9 milyard manatı keçib.
Banker.az xəbər verir ki, bu dövrdə ən böyük dövriyyəyə malik olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub – şirkət 22.94 milyard manatlıq əməliyyat həyata keçirib.
Ən yüksək ticarət dövriyyəsi, təxminən 18.77 milyard manatla repo əməliyyatlarına məxsusdur. “ABB İnvest” İnvestisiya Şirkəti QSC isə əməliyyat sayına görə lider olub – 11,599 əməliyyatla ümumilikdə 16.81 milyard manatlıq dövriyyə göstərib.