Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Banker.az xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” 3 milyard 656 milyon manat dövriyyə ilə 1-ci, ABB İnvest İnvestisiya Şirkəti QSC 1 milyard 436 milyon manat dövriyyə ilə 2-ci, “Unicapital” QSC 1 milyard 162 milyon manat dövriyyə ilə 3-cü yeri tutub.