15 C
Baku
Friday, April 26, 2024

İnvestisiyaların əsas növləri

Fəaliyyətə yeni başlayan investor ilk seçimdə çətinliklə üzləşə və hansı maliyyə sahəsi üzərində dayanmalı olduğuna qərar verməyə bilər. Bu vəziyyətlə üzləşməmək üçün investisiyanın bütün növlərini ayrılıqda təhlil etmək lazımdır:

Bank depozitləri. Bu qədimi üsul olsa da, müasir şərtlərdə kifayət qədər ciddi nəticələr nümayiş etdirir. Bu cür kapital yerləşdirilməsindən nə əldə etmək olar? Bank depozitlərində yatırımda artım olmasa da, yaxşı halda inflyasiya sizdən yan keçəcək.

Fond bazarı. Burada müxtəlif səhmlər, istiqrazlar və digər qiymətli kağızlar vasitəsilə fəal ticarət baş verir. Burada əsas gəlir qiymətli kağızların ən ucuz olduğu zamanda alınası və bahalaşdığı zaman satılması yolu ilə əldə edilir. Eyni zamanda, şirkətin öz səhmdarlarına verdiyi dividentlər də əldə etmək mümkündür. İnvestisiyanın bu növünün məsələyə səthi yanaşmağa imkan verdiyini demək olmaz, bunun üçün fond bazarında işləməyin bütün xüsusiyyətlərini öyrənmək lazımdır.

Qarşılıqlı investisiya fondları. Burada siz öz vəsaitlərinizi etibar etdiyiniz idarə edici orqana təhvil verirsiniz. Verilən vəsaitlər hesabına fond səhmin portfelini formalaşdırır. Bununla da fon bazarında artıq sizin şəxsən iştirak etməyiniz vacib deyil.

Daşınmaz əmlak. İnvestisiyanın daşınmaz əmlak kimi ikinci bir fundamental növü yoxdur. Sizin vəsaitləriniz öz dəyərini itirməmək zəmanəti alır. Belə ki, hər kəsə məlum olduğu qədər mənzil və ev qiymətləri zaman keçdikcə daha da bahalaşır. Daşınmaz əmlak nümunəsinin satılması ilə yanaşı, onun kirayə verilməsindən də gəlir əldə etmək mümkündür. Bu növ fəaliyyətin yeganə çatışmayan cəhəti – böyük həcmdə kapital yatırılmasını tələb etməsidir.

Foreks. Bu növ bazarda valyuta vahidinin əlverişli alınıb/satılması ilə həyata keçirilir. Burada uğurlu ticarət həyata keçirmək üçün dinamikanın təhlili ilə bağlı anlayışa və həmçinin treydinqin psixoloji faktorlarına sahib olmaq lazımdır. Bunun öyrənilməsi çox zaman tələb etsə də, sonda buradan əldə edilən gəlir investisiyanın bütün digər növlərindən əldə edilən gəlirlərdən maksimal həcmdə fərqlənəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər