11 C
Baku
Tuesday, December 9, 2025

İnvestor və treyderlər üçün gecənin mühüm xəbərləri – QISA İCMAL

Bu xəbərlər Banker.az-ın “İnvestisiya” kanalı tərəfindən yayımlanır:

🇪🇺🇺🇸 TotalEnergies ABŞ-da ADR əvəzinə birbaşa səhm listinqi əldə edib.
Euronext-də mövcud listinq qüvvədə qalır.

 

🇪🇺🇷🇺🇺🇦 London RF-nin dondurulmuş aktivlərindən istifadə ilə bağlı qərarda irəliləyiş olduğunu açıqlayıb — The Guardian

 

🇯🇵🇷🇺 Yaponiya Aİ-nin dondurulmuş RF aktivlərinin 30 mlrd$ müsadirəsi təklifindən imtina edib — Politico

 

🇺🇸 ABŞ məhkəməsi Trampın külək enerjisi layihələrini bloklayan fərmanını ləğv edib.

 

🇺🇸 Berkshire Hathaway Baffetin gedişi öncəsi rəhbərlikdə kadr dəyişiklikləri aparır.

 

🇺🇸🇨🇳 ABŞ Nvidia-nın N200 qabaqcıl AI çiplərinin Çinə ixracına icazə verəcək — Semafor

 

🇺🇸 Boeing Spirit AeroSystems-in alınmasını yekunlaşdırıb.

 

🇺🇸 Standard Chartered: FED 10-də uçot dərəcəsini 0,25% azaldacaq.

 

🇺🇸 Netflix Warner Bros.-un alınması üzrə sazişi yekunlaşdıra biləcəyinə əmindir.

 

🇷🇺 ABŞ “Qərbi Qurna-2” yatağında Lukoil-un payının amerikalı şirkətə verilməsini dəstəkləyir — Bloomberg

 

🇮🇹🇷🇺 Unicredit Rusiyada biznesini aktiv ixtisar etməyə başlayıb — Kommersant

 

Kripto xəbərləri

✴️🇺🇸 Tether dəstəklədiyi Oobit ödəniş startapı ABŞ bazarına çıxır.

 

✴️ Tether İtaliyada humanoid robot istehsal edən Generative Bionics startapına investisiya edib.

 

✴️🇺🇸 Western Union kriptovalyutaya kütləvi keçidə hazırlaşır və Solana üzərində infrastruktur qurur.

 

✴️ Ripple 40 mlrd$ dəyərləndirilib. Citadel və Fortress noyabrda 500 mln$ investisiya edib — geri-alma zəmanəti ilə.

 

✴️🇺🇸 JPMorgan CEO-su Ceymi Daymon: “Tokenizasiya və blokçeyn artıq reallıqdır.”

 

✴️🇦🇪 Circle Əbu-Dabidə maliyyə xidmətləri lisenziyası alıb — USDC-in Yaxın Şərq/Afrikada genişlənməsi sürətlənəcək.
Son xəbərlər
Digər xəbərlər