28 C
Baku
Saturday, July 27, 2024

“İnvestorlar arasında Gürcüstanla bağlı mənfi gözləntilər müşahidə olunur”

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərlə bağlı mənfi gözləntilər larinin ucuzlaşmasına səbəb olub”.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava milli valyutanın dəyərdən düşməsini şərh edərkən bildirib.

Nazir deyib ki, Gürcüstanda makroiqtisadi mühit sağlam olaraq qalır: “Mənfi gözləntilər investorlar arasında da müşahidə olunur. Biz bu istiqamətdə mümkün qədər pozitiv mesajlar yaymağa çalışırıq. Sözsüz ki, siyasi qeyri-sabitlik investisiya mühitinin də qeyri-sabitliyinə səbəb olur və bu da valyutaların kursunda əks olunur”.

N.Turnava qeyd edib ki, siyasi proseslərin sabitləşməsi larinin kursunun daha tez sabitləşdirilməsinə kömək edəcək.

Qeyd edək ki, iyulun 8-dən Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağadan sonra qonşu ölkədə milli valyutanın dollara qarşı ucuzlaşması davam edir. Gürcüstan Milli Bankının bu günə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8971 lari təşkil edir. Ötən günlə müqayisədə dolların lariyə münasibətdə qiyməti 0,0140 lari artıb.

Report

Son xəbərlər
Digər xəbərlər