ABŞ-dakı bitcoin birjasında ticarət olunan fondlarda (ETF) investorlar tərəfindən buraxılışlarından bəri ikinci ən böyük xalis vəsait çıxışı müşahidə olunub — 541 milyon dollar.
Banker.az xəbər verir ki, bu barədə “SoSoValued” məlumat yayıb.
Ticarət sessiyası ərzində müsbət nəticə göstərən yalnız BlackRock şirkətinin iShares Bitcoin Trust fondu olub (+38,4 milyon dollar).
İnvestorların vəsait çıxarması bitcoin qiymətinin enməsi ilə üst-üstə düşüb — ABŞ ticarət sessiyasının sonunda BTC məzənnəsi 67 min dollar səviyyəsindən aşağı düşərək həftənin minimumunu görüb.
Bununla belə, son iki həftə ərzində bitcoin ETF-lərinə ümumilikdə təxminən 5 milyard dollar daxil olub ki, onun yarısından çoxu BlackRock fonduna yönəlib.
Spot ETF-lər fondun səhmlərini təmin etmək üçün kriptovalyutanın faktiki olaraq alınmasını və ya onların geri alınması zamanı satılmasını nəzərdə tutur.
“BlackRock”, “Fidelity” və digər şirkətlərin idarə etdiyi fondlarda 67.4 milyard dollar dəyərində bitcoin var — bu, mövcud koinlər təxminən 5%-ni təşkil edir.