Amazon səhmləri əməliyyatın bitməsindən sonra 7,4% azalıb. Bundan əvvəl şirkət 2018-ci ilin üçüncü rübündə öz hesabatlarını açıqlayıb, Banker. az CNN-ni istinadən xəbər verir.
İyul-sentyabr aylarında Amazonun xalis mənfəəti 2,8 milyard dollar və ya hər bir səhm üçün 5,75 dollar idi. Gəlirlər 56,57 milyard dollar təşkil edib, ekspertlər gösləntisi isə 57,1 milyard dollar həcmində idi.
Dördüncü rübdə Amazon 66,5-72,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır və bu, səhmlərin dəyərinin aşağı düşməsinə gətirib çıxardı: bazarda 73,8 milyard dollarlıq proqnoz gözlənilirdi. Sessiya zamanı 25 Oktyabr tarixində Amazonun səhmləri 7% artıb, hesabatın dərcindən sonra isə əvvəlki səviyyəyə dönüb.
Alphabet həmçinin üçüncü rübün nəticələrini açıqlayıb, sonra şirkətin səhmləri təxminən 4% azalıb. Şirkət analitiklərin gözlədiyi 34 milyard dollara yerinə 33,7 milyard dollar gəlir əldə edib. Üçüncü rübdə Alphabetin gəliri 9,2 milyard dollar və ya hər bir səhm üçün 13,06 dollar təşkil edib.