6 C
Baku
Monday, December 16, 2024

İnvestorlar fevral ayında B.Britaniyanın səhm fondlarından $1.2 milyard çıxarıblar

İnvestorlar fevral ayında Böyük Britaniyanın səhm fondlarından 962 milyon funt-sterlinq (1.16 milyard dollar) çıxardıblar.

Banker.az xəbər verir ki, bunu qlbal maliyyə institutları ilə əlaqəli olan “Calastone” məlumat yayıb.

Baxmayaraq ki, FTSE 100-ün rekord həddə çatıb, bu aylıq üçüncü ən böyük kapital çəkilməsidir.

“Calastone” bildirib ki, Böyük Britaniyanın səhm fondları ardıcıl 21 ay ərzində xalis satışla üzləşiblər. İnvestorlar keçən ay 834 milyon funt-sterlinq daxilolma müşahidə edən istiqraz fondlarına doğru irəliləyiblər.

Fevralın əvvəlində inflyasiyanın azaldığına dair ümidlərlə qlobal risk iştahının yenidən canlanması ilə gücləndirildi ki, bu da FTSE 100 indeksi bütün tarixi maksimum səviyyəsinə çatdırmış oldu.

Lakin İngiltərənin iqtisadi mənzərəsi ilə bağlı narahatlıqlar davam edir, İngiltərə Bankı Britaniyanın dayaz, lakin uzunmüddətli resessiyaya hazır olduğunu proqnozlaşdırır.

“Birləşmiş Krallıq investorlarını keçən il ərzində olduqca güclü nisbi performanslarına baxmayaraq, Böyük Britaniya səhmlərinə sadiq qalmağa inandırmaq olmaz”- deyə, Calastone-un qlobal bazarlarının rəhbəri Edvard Qlin bildirib.

İnvestorlar Avropa mərkəzli kapital fondlarından 250 milyon funt-sterlinq, Şimali Amerika kapital fondlarından 368 milyon funt-sterlinq və ümumilikdə Asiya-Sakit Okean regionuna yönəlmiş kapital fondlarından 50 milyon funt-sterlinq çəkiblər.

 

Son xəbərlər
Digər xəbərlər