20 C
Baku
Monday, September 29, 2025

İnvestorlar konsorsiumu oyun istehsalçısı “Electronic Arts”ı $55 milyarda alır

Videooyun istehsalçısı “Electronic Arts” şirkəti “Silver Lake” və Səudiyyə Ərəbistanı Suveren Fondunun daxil olduğu investor konsorsiumuna satılacaq. Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, sövdələşmənin dəyəri 55 milyard dollar olacaq və bu, tarixdəki ən iri LBO (borc vəsaiti ilə maliyyələşdirilən alqı-satqı) əməliyyatlarından biri sayılacaq. Sövdələşmə konsorsium tərəfdaşlarının vəsaitləri hesabına maliyyələşdiriləcək. Bildirilir ki, özəl şirkətə çevrilmək “Electronic Arts”a investorların tələbləri ilə bağlı problemlərdən yayınmasına imkan verəcək.

Şirkətin gəlirlərinin 75%-i “canlı” xidmətləri olan oyunlardan (“Apex Legends”, “Madden NFL”) formalaşır. Lakin sənayenin artımı zəifləyib: pandemiya dövründəki bumdan sonra oyunçular daha çox köhnə hitlərə (“Fortnite”, “Roblox”) üstünlük verir, yeni relizlər isə  tələbatını itirməyə başlayıb.

2023–2024-cü illərdə videooyun istehsalçısı yüzlərlə işçini ixtisar edib, studiyaları bağlayıb və layihələri ləğv edib. Sövdələşmə xəbərlərindən sonra şirkətin səhmləri 15% bahalaşaraq 193.35 dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər