7 C
Baku
Friday, November 8, 2024

İnvestorlar OpenAI-nin işdən çıxarılan rəhbərini geri qaytarmağı tələb ediblər

“Financial Times” (FT) və “Bloomberg” yazırki, “OpenAI” investorları direktorlar şurasından devrilmiş CEO Sem Altmanı vəzifəyə qaytarmağı düşünməyi xahiş ediblər. Məlumata görə, “OpenAI” cənab Altmanın baş direktor vəzifəsinə qaytarılması ilə bağlı artıq danışıqlara başlayıb.

Sem Altmanın işdən çıxarılması noyabrın 18-də məlum olub, onun vəzifəsindən uzaqlaşdırılması qərarı “OpenAI” idarə heyəti tərəfindən qəbul edilib. İstefaya səbəb kimi şirkət rəhbərinin idarə heyəti ilə ünsiyyətdə “açıq danışmaması” göstərilib. Şirkətin baş texnologiya direktoru Mira Murati müvəqqəti olaraq baş direktor vəzifəsini icra edəcək.

Sem Altman “OpenAI”nin yaradıcılarından biri olub. O, 2020-ci ildən şirkətə rəhbərlik edir. Əvvəllər Sem Altman “Y Combinator”un rəhbəri olub.

“OpenAI” 2015-ci ildə yaradılıb. O, süni intellektlə məşğul olur. Şirkət “ChatGPT” çat-botunun əsaslandığı “GPT” dil modelinin bir neçə nəslini yaratması ilə məşhurdur.

Son xəbərlər
Digər xəbərlər