12 C
Baku
Sunday, October 27, 2024

İnvestorlar pandemiyanı bazarlar üçün əsas təhlükə hesab etmirlər

“Bank of Amerika” tərəfindən keçirilən sorğuya görə, amerikalı investorlar koronavirus pandemiyasını fond bazarları üçün əsas təhlükə olaraq qəbul etmirlər.

Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.

Onların fikrincə, birjalara əhəmiyyətli dərəcədə zərər verə biləcək yeganə hadisə inflyasiyadır.

Sorğuya əsasən, investorların 37%-i inflyasiyadan qorxur. Eyni zamanda, respondentlərin böyük hissəsi yaxın 12 ayda inflyasiyanın sürətlənəcəyini gözləyir. 35% FED-in maliyyə və kredit siyasətinin sərtləşdirilməsi səbəbindən istiqraz bazarındakı “təşvişin” əsas təhdid olduğunu hesab edir.

Koronavirus əleyhinə olan peyvəndlərin bərabər paylanmasına gəldikdə, bu problem yalnız üçüncü sıranı tutur. Respondentlərin cəmi15%-i pandemiyanı əsas risk adlandırıb. “CNBC” qeyd edir ki, Covid-19 pandemiyanın başlanğıcından bəri ilk dəfədir ki, ən ciddi təhdidlər siyahısında liderliyini itirir.

“Bank of America” sorğusunda ümumilikdə 220 investor iştirak edib, onların sərvəti təxminən 630 milyard dollar dəyərində qiymətləndirilir. Tədqiqat 2021-ci ilin 5-11 mart tarixlərində aparılıb.

Son xəbərlər
Digər xəbərlər