8 C
Baku
Monday, November 18, 2024

“Binance”nin istifadəçiləri təsisçinin istefasından sonra birjadan $1 mlrd. vəsait çıxarıblar

Son 24 saat ərzində “Binance” kriptovalyuta birjasının istifadəçiləri bitkoinləri nəzərə almasaq, 1 milyard dollardan çox pul çıxarıblar. Bu barədə çərşənbə günü “CNBC” telekanalı “Nansen” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, pulların qlobal şəkildə geri çəkilməsinin səbəbləri “Binance”nin baş direktoru Changpeng Zhaonun bu yaxınlarda istefası, kriptovalyuta birjasının bank sirri haqqında qanunu pozması və bununla bağlı 4.3 milyard dollar cərimə kəsilməsi olub.

“Nansen”in qeyd etdiyi kimi, itkilərə baxmayaraq, “Binance” hələ də 65 milyard dollardan çox aktivə malikdir və bu, onu qəfil kapital axınına kifayət qədər davamlı edir.

Noyabrın 22-də ABŞ səlahiyyətliləri “Binance” kriptovalyuta birjasına bank sirri haqqında qanunu pozduğuna, çirkli pulların yuyulmasına, düzgün qeydiyyatdan keçmədiyinə və sanksiyalardan yayındığına görə 4.3 milyard dollar ödəməyi əmr edib. Bununla əlaqədar, kriptobirjanın təsisçisi və baş direktoru Changpeng Zhao istefa verib.

“Binance” kriptovalyuta birjası dünyanın aparıcı rəqəmsal aktiv ticarət sistemidir. 2017-ci ildə Changpeng Zhao çinli tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini blokladılar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub.

Son xəbərlər
Digər xəbərlər