10 C
Baku
Friday, December 27, 2024

İnvestorların dövlət istiqrazlarına marağı düşür – Gəlirlilik son 4 ilin maksimumunda!

İki illik dövlət istiqrazlarının gəlirliliyi 9.92 faizə qalxmaqla 2020-ci ilin mayından bu tərəfə maksimal səviyyəyə yüksəlib. Maksimum gəlirlilik 10 faizi keçib.

Banker.az xəbər verir ki, 5 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Nazirlik 100 mln. manatlıq istiqraz satmağı planlasa da, 19.48 mln. manat yerləşdirə bilib.

Dövlət istiqrazlarına tələb 4 halda azalır: monetar siyasətin sərtləşdirilməsi, inflyasiyanın təsiri, risklər və qeyri-müəyyənliklər və dövlət borcunun artımı. Lakin qeyd edilənlər içində ən çox tələbi endirən səbəb pul siyasəti ilə bağlıdır. Məsələn, Maliyyə Nazirliyi bununla bağlı hesabatda hərraclarda gəlirliliyin yüksəlməsini daxili bazarda likvidliyin daralması daxili maliyyə bazarında dövlət istiqrazlarına olan tələbatın azalması ilə əlaqələndirib.

Mərkəzi Bank son noyabr iclasında uçot faiz dərəcəsini 4-cü dəfə ardıcıl 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxladı. AMB inflyasiyanı 2-6% diapazonundə hədəfləyib və cari inflyasiya bu hədəfdə qalmaqdadır. Lakin potensial inflyasiya təzyiqləri görür. Bu səbəbdən də “sərt” dəhlizdən çıxmaq istəmir.

3131

AMB son iclasda məcburi ehtiyat normalarına toxunmasa da, hazırda bu səbəbdən 5 mlrd. manat üzərində banklardakı depozitlər“qeyri-işlək” vəziyyətindədir. AMB bunu differensial əmsallarla tətbiq edir. Belə olan halda, bazarda əsasən iri bankları, digərləri kimi “əllərini çırmalayıb” depozit cəlbini yuxarı faizlə cəlb etməyə məcbur olurlar. Bu bir tərəfdən də, uçot faiz dərəcəsinin işə düşməsinə dəstək verə bilər.

Dövlət istiqrazlarının təklif etdiyi 10%-ə yaxın gəlirlilik risk baxımından olduqca az olsa da, onlar daha yuxarı gəlirli olan kreditləri seçirlər.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070312
İstiqrazların tədavül müddəti 728 gün
Buraxılış həcmi 40,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 93.2861 (10.3000%) manat
Maksimal qiymət 94.6510 (9.4994%) manat
Kəsmə qiyməti 93.7945 (10.0000%) manat
Ortaçəkili qiyməti 93.9345 (9.9178%) manat
Reallaşdırılmış həcmi 19,483,500 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 28,682,800 manat
İnvestor sayı 12
Sifarişlərin sayı 23
Ödəmə tarixi 03.11.2026
Anderrayter PAŞA Kapital İŞ QSC

 

Son xəbərlər
Digər xəbərlər