26 C
Baku
Tuesday, May 28, 2024

“İnvestorların qeyri-neft sektorumuza gəlməyə marağı yoxdur” – Əli Məsimli

“Azərbaycanın neft sektorundan fərqli olaraq investorların qeyri-neft sektoruna gəlməyə marağı yoxdur”.

Bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

““Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunla investorlar neftdənkənar sektora cəlb edilə bilər. Dünya təcrübəsindən, xüsisilə Türkiyənin təcrübəsindən istifadə edilməsi yaxşı haldır, amma bu qanunda MDB ölkələrin təcrübəsindəki çatışmazlıqlar nə dərəcədə nəzərə alınb? Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra qanunları sürətlə parlamentdən keçirdi, amma heç biri işləmədi. Ona görə də qanun geniş müzakirə edilməlidir ki, idarə-qurum maraqlarına xidmət etməsin, sektorun inkişafına səbəb olsun”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər