27 C
Baku
Wednesday, July 23, 2025

İnvestorların qorxusu qızılın qiymətini illik maksimuma yüksəltdi

Banker.az xəbər verir ki, qızıl 2016-cı ilin sentyabr ayından bu yana ən yüksək səviyyəyə çatıb. Bazar ertəsi hərrac 1 unsiyaya görə 1309,78 dollar səviyyəsində başa çatdı. Qiymətli metal ilin əvvəlindən artıq 13%-dən çox artaraq, 2010-cu ildən bu yana ən yaxşı dinamika nümayiş etdirib.

Qızıl zəifləyən dollar və Şimali Koreya ətrafında gərginliyin güclənməsi fonunda dəyər qazanmağa davam edir. Çərşənbə axşamı sarı metal 1 unsiyaya görə 1320 dollar səviyyəsində həracda iştirak edib. Analitiklər belə hesab edir ki, yaxın zamanda qızılın artımı hələ davam edəcək və bu artım hələ başlanğıc nöqtədədir.

Son xəbərlər
Digər xəbərlər