5 C
Baku
Saturday, December 14, 2024

İnzibati işlər üzrə mütəxəssis – PASHA Holding

PAŞA Holding şirkəti İnzibati işlər üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün namizədləri dəvət edir.

İşin təsviri:

• Ofis mallarının təchizatı, daxil olan malların qeydiyyatı və yoxlanılması;
• Təchizatçılar tərəfindən göndərilən təkliflərin toplanılması;
• Ofis inventarlarının miqdarını müəyyən etmək məqsədi ilə anbarın yoxlanılması, təchizat ehtiyyaclarının  müəyyənləşdirilməsi;
• Təchizat üçün sifarişlərin verilməsi;
• Təchizatla əlaqədar hesab-fakturaların yoxlanılması;
• SAP sisteminə məlumatların daxil olunması;
• Təchizatçılarla xidməti müqavilələri ilə əlaqədar olaraq hüquq departamenti ilə əməkdaşlıq;
• İşçilərin ezamiyyətlərinin təşkili;
• Hesabatları hazırlayıb department direktorunun diqqətinə çatdırılması;
• Qəbul otağı (reception area) sahəsinə nəzarət etmək;
• Tədbirlərin təşkil edilməsi – ofis ilə bağlı məsələlərin tənzimlənməsi;
• Ofisə aid hər hansı inzibati işdə köməklik etmək;
• Fayl sisteminin təşkil və idarə edilməsi, elektron formatda saxlanması üçün hesab- fakturaların / sənədlərin scan edilməsi və məktubların və digər yazışmaların uçotunun aparılması.

Tələblər:

• Ən azı 2 il peşəkar təcrübəsi olmalı;
• Ofis təşkilatçılığının və idarəetmənin əsas prinsiplərinin və təcrübəsinin
• Dəqiqliyin təmin edilməsi üçün detallara diqqətli olmalı;
• Məqsədyönlü olmalı, eyni zamanda bir neçə tapşırığı keyfiyyətli və sürətli yerinə yetirmə bacarığı;
• Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
• Təşkilatçılıq bacarığı, peşəkar tərzdə işləmək qabiliyyəti;
• Microsoft Office proqramlarının bilməli, Excel proqramının mükəmməl bilməli;
• SAP programı üzrə biliklər arzuolunandır;
• Ofis avadanlıqlarından (faks, kseroks, şreder, binder) istifadə etməli;
• Azərbaycan və ingilis dillərini sərbəst bilməli; rus dili biliyi arzu olunandı

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət  etmək  xahiş olunur:

• Həmin CV [email protected] elektron ünvanına göndərilməlidir;
• Elektron məktubun mövzu sətrində – “İnzibati işlər üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 29 noyabr 2018-ci il tarixinədək göndərilməlidir.

Diqqət:  Bu vəzifənin tələblərinə uyğun olmayan, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geс müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər