21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

İnzibati tənbeh tətbiq olunmuşlara e-nəzarət vasitəsindən istifadə qaydası təsdiqləndi

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Fərmanla Nazirlər Kabinetinə ictimai işlər növündə cəza çəkən və ya inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə etmə qaydasının müəyyən edilməsi tapşırılmışdır.

Bununla əlaqədar olaraq Nazirlər Kabineti tərəfindən “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” hazırlanmışdır.

Adıçəkilən Qaydalara əsasən:

– İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslər üçün təqdim olunan elektron nəzarət vasitəsi onların müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənilməsini təmin edir.

– Nəzarət vasitəsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında icra məmuru tərəfindən təqdim olunur. Elektron nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Nasaz vəziyyətdə olan nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilə bilməz. İstifadə olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə icra məmuru nasaz avadanlığa baxış keçirməli və onu müvafiq qaydalara uyğun olaraq yenisi ilə əvəz edir. Elektron nəzarət vasitəsi onu gəzdirən şəxs tərəfindən zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

– Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir.

– Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər