2 C
Baku
Sunday, December 15, 2024

İnzibati Xətalar Məcəlləsində terrorçuluğu maliyyələşdirməyə görə dəyişiklik edilir

Terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) 7-ci bəndində dəyişiklik edilir.

Layihədə bildirilib ki, bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb.

2017-ci il 14 aprel tarixində “Cinayət yolu ilə əldə edilmiş pul və vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən, bütün fiziki və hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasına üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

Layihə qeyd edilən qanunun icra məqsədilə hazlırlanıb. Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Maddənin həmin bəndinə əsasən, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər