İordaniyada koronavirus pandemiyasının sürətlə yayılması ilə əlaqədar sentyabrın 17-dən etibarən məscid, kilsə, təhsil müəssisələri, bazarlar, kafe və restoranlar bağlanıb.
Bunu ölkənin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr üzrə naziri Əmcad Adayla bildirib.
Onun sözlərinə görə, qadağalar iki həftə qüvvədə olacaq. Nazir deyib ki, kiçik bazarlar bağlı qalacaq, böyük ticarət mərkəzləri üçün karantin rejimindən sonra xüsusi rejim tətbiq ediləcək.
Təhsil naziri Taysir Nuaymi isə bildirib ki, bütün təhsil müəssisələr – dövlət, özəl, BMT-nin Fələstin qaçqınlarına yardım agentliyinin təhsil müəssisələri, hərbi məktəblər, uşaq bağçaları bağlı olacaq.
Kafe və restoranlarda yerində xidmət qadağan olunub, çatırılma xidməti isə açıq olacaq.
Qeyd edək ki, indiyədək İrodaniyada 3 852 nəfər kornavirusa yoluxub. Onlardan 26 nəfəri ölüb, 2 349 pasiyent isə sağalıb.