11 C
Baku
Monday, November 25, 2024

İordaniyaya birbaşa aviareyslər açıla bilər

İordaniya ilə hava əlaqəsi yaradıla bilər.

Banker.az AZAL-a istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh arasında görüşdə müzakirə edilib.

C.Əsgərov qeyd edib ki, Bakı ilə Amman arasında uçuşların yerinə yetirilməsinə 2020-ci ilin may ayının sonunda başlanılmalı idi və bu barədə müvafiq razılıq 2019-cu ilin dekabr ayında əldə edilmişdi. Lakin COVID-19 pandemiyasının yayılması bu planların həyata keçirilməsinə mane olub.

Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm sahəsində yeni imkanlar yaradacaq.

Səfir yeni reysin hər iki ölkə vətəndaşları üçün böyük maraq doğuracağına və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

 

Son xəbərlər
Digər xəbərlər