7 C
Baku
Saturday, March 2, 2024

iOS-da 5 faydalı funksiya

“Apple” hər il yeni funksiyalarla iOS yeniləmələrini buraxsa da, siz iOS 13 və ya iOS 8-in özəl funksiyalarını xatırlaya bilməyəcəksiniz. Bu gün biz iOS-un son illərdə ortaya çıxan 5 ən yaxşı funksiyasına nəzər salaq.

1. Təhlükəsizliyin yoxlanılması

Bu il “Apple” öz cihazlarının təhlükəsizliyini yaxşılaşdırıb və zaman-zaman məişət zorakılığına məruz qalanların qayğısına qalıb. İndi hər bir istifadəçi fotoşəkilləri, geolokasiyanı, sayt məlumatlarını və digər vacib məlumatları onlarla paylaşmağı dayandırmaqla öz məlumatlarını aqressiv tez qoruya biləcək.

2. AirPods qulaqlıqlarını müxtəlif cihazlara qoşmaq imkanı

AirPods qulaqlıqları heç kəsi biganə qoymur və digər istehsalçılar da onları “qızıl standart” hesab edirlər. Lakin onların bəzi funksiyalarını heç bir digər məhsul təkrarlaya bilməyəcək – cihazlar arasında avtomatik keçid. Bu funksiya çox sadə işləyir: məsələn, iPhone-da musiqiyə qulaq asırsınız və FaceTime ilə sizə zəng gəlir. Və siz iPhone ilə yox, iPad ilə cavab vermək istəyirsiniz. Bu halda qulaqlıqlarınız avtomatik olaraq iPad-a qoşulacaq.

3. AirPods-un orijinallığının yoxlanılması

iOS 16 çıxandan sonra aldığınız AirPods-un orijinallığını yoxlamaq mümkündür. Nəzərə alsaq ki, hal-hazırda bazarda mövcud olan məhsulların 90%-i saxtadır, bu funksiya az olsa müştərini aldanmaqdan qoruya bilər.

4. Wi-Fi bölüşmək imkanı

Wi-Fi bölüşmək imkanı hələ iOS 11 vaxtından var. Artıq 2017-ci ildən harasa qonaq gedəndə internetə qoşulmaq üçün onlarla simvoldan ibarət olan parolu yığmağa ehtiyac yoxdur. Wi-Fi şəbəkəsinə qoşulmaq üçün smartfonda Bluetooth qoşmaq və ev sahibinin smartfonuna yaxın tutmaq kifayətdir.

5. Memoji-lərin olması

Əgər yuxarıda sadalanan funksiyalar həqiqətən müsbət və faydalıdırsa, “Memoji”lər ruh istirahəti üçündür! Bu funksiya hələ 2017-ci ildə yaradılıb və iPhone X modelindən sonra eksklüziv olub. İndi yenilik bütün iPhone-larda var.

Son xəbərlər
Digər xəbərlər