27 C
Baku
Saturday, July 27, 2024

iOS 14-ə Android-in bu funksiyası gələcək

IThome saytının jurnalistləri iOS 14 əməliyyat sisteminin test versiyasını əldə ediblər və onu incələyərək onun sahib olduğu maraqlı özəlliyi aşkar ediblər. Belə ki, söhbət, danışıqların yazılması funksiyasından gedir. Məlumata əsasən burda söhbət təkcə telefon danışıqlarından yox həm də FaceTime tətbiqi vasitəsilə edilmiş danışıqların da yazılmasından gedir.

audio

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sözügedən funksiya mübahisəli olduğuna görə onu sadəcə olaraq məsuliyyətdən imtinaya razılıq verəndən sonra aktivləşdirmək mümkün olacaq. Əgər bu məlumat həqiqət olsa bu funksiya heç də bütün ölkələrdə aktiv olmayacaq. Belə ki, hər bir ölkə bu məsələdə öz müəyyən qanunlarına sahibdir. Məsələn, Ukraynada danışıqları yalnız həmsöhbət olan şəxsin icazəsindən sonra yazmaq olar. Avstraliyada isə danışıqların yazılması ümumiyyətlə qadağandır. Qeyd etmək lazımdır ki, iOS 14 əməliyyat sistemi bu ayın sonunda keçiriləcək WWDC 2020 tədbirində təqdim olunacaq.

MənbəTechnote
Son xəbərlər
Digər xəbərlər