15 C
Baku
Thursday, September 19, 2024

iOS 18-i dəstəkləyəcək iPhone-lar açıqlanıb – Siyahı

Sentyabrın 9-da keçirilən “It’s Glowtime” təqdimatının sonunda “Apple” şirkəti bu il çıxacaq iOS 18 əməliyyat sistemini dəstəkləyən cihazların siyahısını açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, iOS 18 əməliyyat sisteminin süni intellektə əsaslanan bəzi alətləri yalnız Pro və Pro Max smartfonları tərəfindən dəstəklənəcək. Yeniləməni dəstəkləyəcək cihazların tam siyahısı aşağıdakı kimidir:

iOS 18

  1. iPhone SE (ikinci nəsil və daha yeni)
  2. iPhone XR
  3. iPhone XS və XS Max
  4. iPhone 11, 11 Pro və 11 Pro Max
  5. iPhone 12, 12 Mini, 12 Pro12 Pro Max
  6. iPhone 13, 13 Mini, 13 Pro13 Pro Max
  7. iPhone 14, 14 Plus, 14 Pro14 Pro Max
  8. iPhone 15, 15 Plus, 15 Pro15 Pro Max

iPadOS 18

  1. iPad Mini (beşinci nəsil və daha yeni)
  2. iPad (yeddinci nəsil və daha yeni)
  3. iPad Air (üçüncü nəsil və daha yeni)
  4. M2 prosessorlu iPad Air
  5. 12,9 düymlük iPad Pro (üçüncü nəsil və daha yeni)
  6. 11 düymlük iPad Pro (birinci nəsil və daha yeni)
  7. M4 prosessorlu iPad Pro

macOS 15 Sequoia

  1. Mac Mini — 2018-ci il və daha yeni
  2. Mac Studio — 2022-ci il və daha yeni
  3. Mac Pro — 2019-cu il və daha yeni
  4. MacBook Pro — 2018-ci il və daha yeni
  5. MacBook Air — 2020-ci il və daha yeni
  6. iMac Pro — 2017-ci il və daha yeni
  7. iMac — 2019-cu il və daha yeni

watchOS 11

  1. Apple Watch Series 6
  2. Apple Watch Series 7
  3. Apple Watch Series 8
  4. Apple Watch Ultra
  5. Apple Watch Ultra 2
  6. Apple Watch SE 2

Hansı cihazlar Apple Intelligence alacaq?

Apple Intelligence – WWDC-də təqdim edilən yeni sistemdir. O, neyron şəbəkələrdən istifadə edən Siri-nin daha təkmil versiyasıdır. “Apple”ın özünün hazırladığı bu sistem yalnız güclü prosessoru olan qadcetlərdə görünəcək:

  1. A17 Pro və daha güclü prosessoru olan iPhone-lar (iPhone 15 Pro və Pro Max, həmçinin yeni 16 Pro və Pro Max)
  2. M1 və daha güclü prosessoru olan MacBook-lar
  3. M2 Ultra prosessorlu Mac Pro
  4. M1 və daha güclü prosessoru olan iPad-lar

Bu, Apple Intelligence üçün yeganə məhdudiyyət deyil. Qeyd edək ki, bəzi funksiyalar yalnız cihazın dili ingilis dilinə dəyişdirildikdə işləyəcək. Rus və digər dillər üçün hələlik dəstək olmayacaq.

Son xəbərlər
Digər xəbərlər