6 C
Baku
Tuesday, January 31, 2023

iOS istifadəçiləri üçün “Twitter Blue” $7 deyil, $11-a olacaq

“Twitter” bəzi əməkdaşlarına “mavi quş” üçün abunə qiymətini dəyişməyi planlaşdırdığını deyib, bu barədə “The Information” yazıb. Belə ki, “Twitter Blue” abunəsini sayt vasitəsilə ödəyənlər üçün qiymət $7, iOS istifadəçiləri üçün isə $11 təşkil edəcək.

Nəşr qərarın “App Store” komissiyasının kompensasiya cəhdi ilə bağlı olduğunu düşünür: platformadan istifadənin birinci ili üçün 30%, ikinci ildən isə 15%. Maskın sözlərinə görə, bu, “çox yüksək rəqəmdir”.

Noyabrın 1-də Mask “Twitter Blue” abunəliyini necə dəyişdirməyi planlaşdırdığından danışıb. Qeyd edək ki, bu funksiyanın ABŞ-da qiyməti 4.99 dollardan 7.99 dollara yüksəlib.

ABŞ-dan başqa Kanada, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyada da “Twitter Blue”ya abunə olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər
X