17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“iOS” və “Android” əməliyyat sistemləri üçün ən populyar mobil proqramlar məlum olub

Screen Shot 2021 09 02 at 14.34.20

“Sensor Tower” tədqiqat firması 2021-ci ilin aprel ayı üçün ən çox yüklənən mobil proqramlar haqqında hesabat dərc edib. Statistikaya görə, istifadəçilər əsasən populyar mobil proqramları yükləyirlər, “iOS” və “Android” istifadəçiləri arasında fərq cüzidir.

Apreldə ən çox yüklənən mobil tətbiq “TikTok” sosial şəbəkəsi olub. “Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” isə növbəti yerləri tutublar. İlk onluğa, həmçinin “Snapchat” sosial şəbəkəsi, “ZOOM” videokonfranslar xidməti, “Telegram” messenceri, “CapCut” videoredaktoru və “Google Meet” videozənglər xidməti daxil edilib.

Əgər platformalar üzrə nəzərdən keçirsək, onda “iOS” sistemində ən çox yüklənən mobil tətbiq “TikTok”, “Android”də isə “Facebook” olub. “Alma” qurğularının sahibləri, həmçinin çox vaxt “Google”un müxtəlif xidmətlərini (məsələn, “YouTube”, “Gmail” və “Google Maps”) yükləyirlər.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:İctnews
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər