11 C
Baku
Sunday, March 3, 2024

“İpək Yolu Sığorta” 1-ci rüb üzrə göstəricilərini açıqladı

“İpək Yolu Sığorta” 2020-ci ilin yanvar-mart aylarını  689 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövrüylə müqayisədə sığorta şirkətinin mənfəəti 20% artıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin 3 ayında “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 9 milyon 350 min manat (illik müqayisədə 31% çox), xərcləri 8 milyon 489 min manat (29,4% çox), mənfəət vergisi ödəmələri isə 172 min manat təşkil edib. 

Bu ilin əvvəlinə “İpək Yolu Sığorta”nın cəmi aktivləri 70 milyon 529 min manat olub ki, bu da hesabat dövrünün sonu ilə müqayisədə  2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,3 dəfə artaraq 47 milyon 762 min manata, cəmi kapitalı isə 2,3% artaraq 22 milyon 767 min manata çatıb. 

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silk Vey Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur. 

Son xəbərlər
Digər xəbərlər