4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

“İpək Yolu Sığorta” şirkətinin maliyyə vəziyyəti açıqlandı – Gəlirləri azalıb

“İpək Yolu Sığorta” ASC 2020-ci ilin ikinci rübünü 1 milyon 300 min 314 manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə sığorta şirkətinin xalis mənfəəti 1 milyon 143 min 257 min manat təşkil edib. Belə ki, “İpək Yolu Sığorta” şirkətinin mənfəəti 14% artıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin iyul ayının 1-nə “İpək Yolu Sığorta” şirkətinin gəlirləri 12 milyon 589 min manat (illik müqayisədə 13,4% az), xərcləri 10 milyon 964 min manat (illik müqayisədə 18% az), mənfəət vergisi ödəmələri isə 325 min manat təşkil edib.

Bu ilin 6 ayında sığorta şirkətinin cəmi aktivləri 70 milyon 529 min manat olub ki, bu da hesabat dövrünün sonu ilə müqayisədə 2,4 dəfə artıb.

“İpək Yolu Sığorta” şirkətinin cəmi öhdəlikləri 4 dəfə artaraq 47 milyon 762 min manat, cəmi kapitalı isə 1,3 dəfə artaraq 22 milyon 767 min manata çatıb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silk Vey Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər
X