26 C
Baku
Thursday, May 30, 2024

“İpək Yolu Sığorta”nın ötən il mənfəəti azalıb

“İpək Yolu Sığorta” 2022-ci ili 913 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 972 min manat olub ki, bu da illik müqayisədə 6% azalıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “İpək Yolu Sığorta”nın gəlirləri 20 milyon 651 min manat (əvvəlki ilə nisbətən 3% çox), xərcləri 19 milyon 509 min manat (əvvəlki ilə nisbətən 3.5% çox), mənfəət vergisi ödəmələri isə 228 min manat təşkil edib. (azalma 6%)

Ötən il “İpək Yolu Sığorta”nın aktivləri 32 milyon 516 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 36% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2.4 dəfə artaraq 16 milyon 773 min manata çatıb, kapitalı isə 6% azalaraq 15 milyon 743 min manata düşüb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

i1

i2

i3 i4

Son xəbərlər
 ⁠
Digər xəbərlər