“İpək Yolu Sığorta”nın səhmdarı dəyişib

“İpək Yolu Sığorta” ASC-nin (Silk Way Insurance) səhmdarlarında biri dəyişib.

Banker.az xəbər verir ki, “Silk Way Aviaşirkəti” sığorta şirkətindəki payını “Silk Way Business Aviation” MMC-yə ötürüb. Bu şirkətin 3 334 ədəd səhminə, yəni, 19.05%-nə sahibdir.

“İpək Yolu Sığorta”-nin nizamnamə kapitalı 14.77 mln. manatdır. Səhmlərin digər payının hər biri 38.74% olmaqla Cəmilə Əsgərova və Məlahət Əsgərova adlı fiziki şəxslərə məxsusdur.