4 C
Baku
Cümə, Dekabr 3, 2021

“İpək Yolu Sığorta”nın sahibləri rəhbərliyi ilə qərar qəbul edəcək

“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı 15 sentyabr 2020-ci il tarixdə, saat 10:00-da şirkətin baş ofisində Həsən Əliyev küçəsi 4/186 keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaqda səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi; Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılacaq.

Sığorta şirkətinin Direktorlar Şurasını Məmmədov Teymur Namik oğlu sədr kimi, Mövsümzadə Mirsəməd Eldar oğlu və Tağıyev Tahir Tağı oğlu ilə üzv kimi təmsil olunur.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” ASC-nin baş ofisinə müraciət edə bilərlər.

“İpək Yolu Sığorta” səhmlərinin 38,74% – Cəmilə Əsgərova, 38,74% – Məlahət Əsgərova, 19,05% – Silk Vey Aviaşirkəti və 3,47% – AZAL-a məxsudur.

Son xəbərlər
Oxşar xəbərlər
X