13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“İpək Yolu Sığorta”nın xalis mənfəəti kəskin azalıb – səbəb

“İpək Yolu Sığorta” ASC-nin ötən il milyon manata çata bilməyib.

Banker.az Sığorta Şirkətinin 2019-cu il üzrə audit hesabatına istinadən xəbər verir ki, hesabat dövründə cəmi  876,79 min manatlıq xalis mənfəət əldə edib, bu 2018-ci ildə  1 milyon 693,96 min manat həcmində idi.

“İpək Yolu Sığorta” 2019-cu il ərzində  39 milyon 191,15 min manat  həcmində cəmi gəlir əldə edib, bu da öncəki illə müqayisədə 90% artımın olması deməkdir.

Lakin, cəmi gəlirləri ilə paralel şirkətin cəmi xərcləri də artmalı olub. Belə ki, ötən il ərzində  38 milyon 95,17 min manat həcmində sığorta şirkəti xərc edib. Bunun əsas səbəbi isə sığorta ödənişlərinin kəskin, yəni, 18 milyon 222,27 min manat artmasıdır

Son xəbərlər
Oxşar xəbərlər
X