8 C
Baku
Monday, November 18, 2024

“İpək Yolu Sığorta” 2023-cü ildə kiçilib, mənfəəti və gəlirləri azalıb

“İpək Yolu Sığorta” 2023-cü ili 667 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 913 min manat olub ki, bu da illik müqayisədə 27% azalıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə “İpək Yolu Sığorta”nın gəlirləri 19 milyon 845 min manat (əvvəlki ilə nisbətən 4% az), xərcləri 19 milyon 11 min manat (əvvəlki ilə nisbətən 2.5% az), mənfəət vergisi ödəmələri isə 167 min manat təşkil edib. (azalma 27%)

Ötən il “İpək Yolu Sığorta”nın aktivləri 31 milyon 789 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 1.4% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2.2% azalaraq 16 milyon 318 min manata, kapitalı isə 0.5% azalaraq 15 milyon 471 min manata düşüb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

Son xəbərlər
Digər xəbərlər