11 C
Baku
Tuesday, April 15, 2025

“İpək Yolu Sığorta” 2024-də kiçilib, gəlirləri 2 dəfədən çox azalıb

“İpək Yolu Sığorta” 2024-cü ili 1 milyon 567 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 669 min manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə “İpək Yolu Sığorta”nın gəlirləri 9 milyon 212 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə az), xərcləri 7 milyon 252 min manat (əvvəlki ilə nisbətən 2.6 dəfə az), mənfəət vergisi ödəmələri isə 392 min manat təşkil edib. (artım 2.3 dəfə)

Ötən il “İpək Yolu Sığorta”nın aktivləri 23 milyon 390 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 26.4% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2.3 dəfə azalaraq 7 milyon 54 min manata düşüb, kapitalı isə 5.3% artaraq 16 milyon 336 min manata çatıb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

Son xəbərlər
Digər xəbərlər