“İpək Yolu Sığorta” ASC-nin 2025-ci ilin yanvar-sentyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-sentyabr ayında 4,488 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 773 min manat və ya 15% azalma deməkdir.
Ötən ilin 9 ayında sığorta şirkəti tərəfindən 5,261 mln.manat sığorta haqqı toplanmışdır.
Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Niyazi İmanovdur.


                                    





