17 C
Baku
Wednesday, May 8, 2024

“İpək Yolu Sığorta”dan yığımlarının azalması ilə bağlı açıqlama

Hava nəqliyyatı vasitələrinin sığortası üzrə ixtisaslaşan “İpək Yolu Sığorta” şirkətinin yığımları bu ilin yanvar ayında kəskin azalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, sığorta şirkətinin yığımları ötən ilin yanvar ayı ilə müqayisədə 9.8 dəfə və ya 4.6 milyon manat azalaraq 524 min manata enib.

Belə ki, 2022-ci ilin yanvar ayında sığorta şirkəti 5.1 milyon manat sığorta haqqı toplaya bilmişdi. Sığorta yığımlarının kəskin azalmasına baxmayaraq “İpək Yolu Sığorta”nın zərərlilik göstəricisi çox aşağıdır -2.8%. Buna səbəb sığorta ödənişlərinin çox az olmasıdır. Sığorta şirkəti bu ilin yanvar ayında 15 min manat sığorta ödənişi həyata keçirib. Ötən ilin ilk ayında isə bu rəqəm cəmi min manat olub.

“İpək Yolu Sığorta”dan sığorta yığımlarının kəskin azalmasına aydınlıq gətirilib. “Buna səbəb təyyarələrlə bağlı sığorta müqavilələrinin müddətinin 6 aydan 1 ilə kimi artırılmasıdır. Belə ki, hər il bağlanan sığorta müqavilələri yanvar-iyun aylarını əhatə edirdisə, bu il iyul ayında 1 illik müqavilə imzalanıb. Bu isə sığorta yığımları ilə bağlı statistikaya təsir edib”,- deyə sığorta şirkətindən bildirilib.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 96.53%-i “ASG Business Aviation” MMC-yə, 3.47 %-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər