17.4 C
Baku
Monday, May 12, 2025

“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına təyinat olub

“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların  Ümumi Yığıncağının qərarı ilə Kəmalə Xəlilzadə Sabir qızı Direktorlar Şurasının üzvü seçilib. O 2025-ci ilə qədər sığorta şirkətinin İdarə Heyətinin üzvü olub.

Hazırda Direktorlar Şurasının sədri Niyazi İmanov Cavanşir oğlu sədridir.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 38.74%-i Cəmilə Əsgərova, 38.74%-i Məlahət Əsgərova, 19.05%-i “ASG Busıness Aviasiya Şirkəti” və 3.47%-i “Azərbaycan Hava Yolları”na məxsusdur.

Son xəbərlər
Digər xəbərlər