“İpək Yolu Sığorta” ASC (Silk Way Insurance OJSC) 2018-ci ilin yarım illiyini kiçilmə ilə bitirib.
Banker.az saytı qurumun 2018-ci ilin yarımillik hesabatına istinadən xəbər verir.
Hesabata görə, 2018-ci ilin ilk 6 ayı ərzində akitvləri 14,4 faiz azalaraq 31,34 mln. manat olub.
Bundan əlavə “İpək Yolu Sığorta”nın kapitalı 6 ay ərzində 19 faiz azalaraq 21,84 mln. manat olub. Lakin bu azalmanın səbəbi illərdir qalan bölüşdürülməmiş mənfəətin 5,56 mln. manatını səhmdarlara divitent şəkilində bölüşdürülməsi olub. Qeyd edək ki, cəmi kapitalın 14,77 mln. manatı nizamnamə kapitalıdır.
İpək Yolu Sığorta-nın cəmi gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə bu il 17 faiz daha az olmaqla 9,28 mln. manat həcmində olub. Qurumun yarımilliyi 1,12 mln manat mənfəətlə bitirməsinə baxmayaraq ötən ildəkindən az olub.