1 C
Baku
Saturday, December 14, 2024

“İpək Yolu Sığorta”nın İdarə Heyətinə iki təyinat olub

“İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinə iki yeni üzv seçilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, sığorta şirkətinin səhmdarlarının qərarı ilə Elnur Cavadov Əbdülhəsən oğlu Fərid Kazımov Oktay oğlu İdarə Heyətinə üzv təyin ediliblər. F.Kazımov İH sədrinin müavinidir.

Bununla da “İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərinin sayı beşə çatıb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” ASC “Silk Way Holding” MMC-yə daxildir. Şirkətin nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 38.74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38.74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19.05%-i “Silk Way Airlines” şirkətinə, 3.47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər