“İpək Yolu Sığorta” ASC (Silk Way Insurance) Səhmdarları 29 dekabr 2017-ci il tarixdə, saat 10:00-da növbədənkənar ümümi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda deyilir.
Yığıncaqda ASC-nin 2017-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün müstəqil auditorun seçilməsinin müzakirə olunması nəzərdə tutulur.
Elanda deyilir ki, Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər.
Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilib.